Biz kimik

Biz kimik?

Nibras Code böyük bir şirkət deyil.

Nibras Code — faydalı ideyaları tətbiqlərə çevirmək üçün başladılmış müstəqil şəxsi layihədir.

Bizim məqsədimiz çoxlu tətbiq hazırlamaq və ya yalnız kommersiya yönümlü bir layihə qurmaq deyil. İnsanların həqiqətən ehtiyac duyduğu, istifadəsi asan və faydalı tətbiqlər üzərində çalışmaq istəyirik.

Hazırda Nibras Code layihəsində ərəb dilini sadə şəkildə öyrənməyə kömək etmək üçün Nibras Arabic adlı tətbiq mövcuddur.

Gələcəkdə isə dini bilikləri sağlam və etibarlı mənbələrdən öyrənməyə kömək edəcək digər tətbiqlər üzərində də çalışmağı düşünürük.

Bizim yanaşmamız

Tətbiqlərimizin hər biri pullu deyil.

Ödənişli Premium sistemi olan tətbiqlərimizdə də əsas funksiyaları pul ödəmədən rahat şəkildə istifadə etmək mümkündür. Premium isə tətbiqdən daha çox və daha intensiv istifadə edənlər üçün çox münasib miqdarda aylıq seçim kimi nəzərdə tutulur.

Bizim üçün məqsəd hər istifadəçidən mümkün qədər çox gəlir əldə etmək deyil. Əsas istəyimiz faydalı tətbiqləri insanların rahat istifadə edə biləcəyi şəkildə təqdim etməkdir.

Biz çalışırıq, öyrənirik və əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

Müvəffəqiyyət isə yalnız Allahdandır.

وَمَا تَوْفِيقِي إِلَّا بِاللَّهِ

“Mənim müvəffəqiyyətim yalnız Allahdandır.”